Türkiyədə turisti qarət edən iranlı "polis"lər saxlanıldı
14-03-2023, 18:15
6 986

Türkiyədə turisti qarət edən iranlı "polis"lər saxlanıldı

Türkiyədə iranlı dələduzlar saxlanılıb.
Yerli media bildirir ki, hadisə İstanbul şəhərində Fateh Memar Kəmaləddin məhəlləsi Turanlı küçəsində baş verib. Özlərini polis kimi təqdim edən iranlı 35 yaşlı Toosı. M, 22 yaşlı Mehran. M və 18 yaşlı Satar. S saxlanılıb. Məlumata görə, onlar küçədə gəzən seneqallı turist İ. F-yə avtomobillə yaxınlaşaraq, özlərini polis kimi təqdim ediblər. Turistlə bir neçə dəqiqə söhbətdən sonra iranlılar onun 2622 dollar və 17 min lirə pullarını götürərək, qaçıblar. Bu zaman avtomobildən sallaq qalan turist bir neçə metr sürüklənib.
Cinayətkarlar Beylikdüzündə saxlanılaraq, həbs ediliblər. Onların daha bir neçə anoloji əməlləri üzə çıxıb.

Oxşar xəbərlər