Dünyanın ən böyük çılpaq üzgüçülüyü KEÇİRİLDİ
14-03-2023, 18:48
7 668

Dünyanın ən böyük çılpaq üzgüçülüyü KEÇİRİLDİ

1300-dən çox nudist Avstraliyanın Sidney şəhərində ən böyük çılpaq Sidney Skinny üzgüçülüyündə iştirak edib.
Xarici KİV xəbər verir ki, tədbir koronavirus pandemiyası səbəbindən üç ildə ilk dəfə keçirilib.
Təşkilatçılar bildiriblər ki, üzgüçülük iştirakçılara rahatlıq zonasından çıxmağa və bədənlərini sevməyə imkan verir.
Qeyd edək ki, Sydney Skinny Avstraliyada nudist üzgüçülük yarışlarından biridir, burada Dark Mofo tədbiri zamanı Tasmaniyadakı Dervent çayında təxminən iki min nəfər çılpaq çimir.

Oxşar xəbərlər