Ağ Ev Türkiyə ilə Azərbaycan-Ermənistan danışıqlarını müzakirə etdi
15-03-2023, 10:20
1 983

Ağ Ev Türkiyə ilə Azərbaycan-Ermənistan danışıqlarını müzakirə etdi

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtona səfəri çərçivəsində Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Bu barədə "Anadolu" agentliyi məlumat dərc edib. 
Ağ Evdə və Dövlət Departamentində keçirilən görüşlərdə bir sıra aktual məsələlər, o cümlədən Cənubi Qafqazdakı vəziyyət, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi müzakirə olunub.
Digər təfərrüatlar açıqlanmayıb.

Oxşar xəbərlər