İspaniya şahzadəsi hərbi xidmətə yollanır
15-03-2023, 10:51
2 977

İspaniya şahzadəsi hərbi xidmətə yollanır

Parlament monarxiyasının hökm sürdüyü İspaniyada taxt-tacın ilk varisi olan 17 yaşlı şahzadə Leonor hərbi xidmətə yollanacaq.  
Bu barədə mətbuata açıqlama verən müdafiə naziri Marqarita Robles vəliəhd şahzadə Leonorun quru, dəniz və hava qüvvələrində 3 illik hərbi təhsilə başlaması üçün fərman verildiyini açıqlayıb.
Robles şahzadə Leonorun  İspaniya Silahlı Qüvvələrinin ilk qadın baş komandiri olacağına görə onu əvvəlcədən təbrik edib.
Son 2 ildə Uelsdə kollecdə təhsil alan şahzadə Leonor atası Kral VI Felipenin 1985-1989-cu illərdə aldığı hərbi təhsili alacaq. 

Oxşar xəbərlər