"Oskar" qazanan məşhur aktrisa belə sevindi
15-03-2023, 16:31
6 992

"Oskar" qazanan məşhur aktrisa belə sevindi

Amerikalı aktrisa Ceymi Li Körtis "Oskar" mükafatını qazandıqdan sonra paylaşımı ilə diqqət çəkib.
O, "Los-Angeles Times" jurnalının üz qabığı üçün kamera qarşısına keçib. 
Aktrisa hovuz qırağında səhər yeməyi zamanı qızılı heykəlciklə çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb. 
64 yaşlı Ceymi paylaşımda "Səhəri gün. Ayıq, təəccüblü və sarsılmazam", - qeydini edib. 
Ceymi Li Körtis "Everything Everywhere All at Once" (Bir anda hər şey hər yerə) filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb. 



Oxşar xəbərlər