Maykl Cordanın 25 il əvvəl geyindiyi ayaqqabısı 4 milyon dollara satılacaq - FOTO
15-03-2023, 18:04
6 427

Maykl Cordanın 25 il əvvəl geyindiyi ayaqqabısı 4 milyon dollara satılacaq - FOTO

Amerikalı basketbolçu, MBA-nın keçmiş oyunçusu Maykl Cordanın idman ayaqqabıları hərracda satılacaq. 
İdmançının 1998-ci ildə NBA final maçında geyindiyi idman ayaqqabıları Nyu Yorkda yerləşən Sotbis hərrac evində hərraca çıxarılacaq. 
Ayaqqabının 4 milyon dollara (6 milyon 800 min AZN) satılacağı gözlənilir. Hərrac aprelin 3-11-i tarixlərində onlayn şəkildə təşkil ediləcək. 
Maykl Cordanın başqa bir ayaqqabısı isə 2021-ci ildə 1,47 milyon dolara satılıb. Həmin dövr üçün bu rekord məbləğ hesab olunurdu.
İdmançının bu ayaqqabısının da rekord qiymətə satılacağı idda edilir. 



 
 

Oxşar xəbərlər