Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırdı
15-03-2023, 18:10
6 418

Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırdı

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı keçirilən ümummilli tətil səbəbindən paytaxtın simvollarından biri olan Eyfel qülləsinin bu gün bağlanacağı bildirilib.
 
Xarici medianın məlumatına görə, Eyfel qülləsinin rəsmi Twitter hesabından edilən açıqlamada qüllənin "milli tətil" səbəbiylə bu gün bağlanacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, qüllənin qarşısındakı ərazi yerli vaxtla saat 21:00-a qədər açıq və giriş-çıxış olacaq.
Təhsil, enerji və nəqliyyat kimi müxtəlif sektorlar hökumətin pensiya islahatına qarşı tətilə çıxıb. Ölkə daxilində 200-dən çox nöqtədə nümayişlər keçiriləcək.

Oxşar xəbərlər