Dəniz sahilində başı və ayaqları olmayan meyit tapıldı
15-03-2023, 18:31
6 655

Dəniz sahilində başı və ayaqları olmayan meyit tapıldı

Sevastopol yaxınlığındakı çimərlikdə, xilasedici qüllənin yaxınlığında çoban iti başı və ayaqları olmayan naməlum kişinin cəsədini tapıb. 
Xarici media xəbərinə görə, yerli sakin Andreevka kəndi yaxınlığındakı sahildə itini gəzdirirmiş. Birdən it qaçıb. Sahibi ona yetişəndə itin meyitin yanında oturduğunu görüb. İtin sahibi bundan sonra polis çağırıb.
Hüquq-mühafizə orqanları cəsədin tufan zamanı sahilə çıxa biləcəyini düşünür. İndi Daxili İşlər Nazirliyinin əməkdaşları mərhumun şəxsiyyətini müəyyənləşdirir.

Oxşar xəbərlər