Ermənistanda ordu komandiri həbs olundu
16-03-2023, 17:50
6 521

Ermənistanda ordu komandiri həbs olundu

İrəvan Apellyasiya Məhkəməsi Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu, general-mayor Qriqori Xaçaturovun həbsi ilə bağlı Baş Prokurorluğun vəsatətini təmin edib.
Q. Xaçaturov 2 ay müddətinə həbs edilib.
Fevralda birinci instansiya məhkəməsi baş prokurorun həbslə bağlı vəsatətini rədd edərək, onu azadlığa buraxıb.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Xaçaturov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi tərəfindən xüsusilə külli miqdarda qeyri-qanuni əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması, çirkli pulların yuyulması ilə bağlı istintaq edilən cinayət işi çərçivəsində saxlanılıb.

Oxşar xəbərlər