Bu ölkənin prezidenti əməliyyat olundu
17-03-2023, 11:15
712

Bu ölkənin prezidenti əməliyyat olundu

Argentina Prezidenti Alberto Fernandes fəqərəarası disk yırtığından əməliyyat olunub.
Bu bərədə xarici mətbuat xəbər verir.
“Sizə bildiririk ki, bu gün Prezident bel nahiyəsində yırtıq olduğu üçün əməliyyat olunub. Prezident artıq iqamətgahına gedib və o, bundan sonra da müvafiq nəzarət altında olacaq”, - Prezidentin həkim briqadasının yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, 63 yaşlı siyasətçiyə çərşənbə günü tibbi müayinə zamanı bel nahiyəsində yırtıq diaqnozu qoyulduqdan sonra ona ağrıkəsici iynə vurulub. O ağrılara baxmayaraq, öz iqamətgahında işləməyə davam edib.

Oxşar xəbərlər