Evdən işləmək müdirlərdə "məhsuldarlıq paranoyası" YARADIR
17-03-2023, 13:34
879

Evdən işləmək müdirlərdə "məhsuldarlıq paranoyası" YARADIR

Pandemiya zamanı bir çox insan evdən işləyib. Bəzi araşdırmalar, müdirlərin evdə işləmə sistemi səbəbindən "məhsuldarlıq paranoyası" yaşaya biləcəyini ortaya qoyub. Şirkətlərin əksəriyyəti isə məhsuldarlıqla bağlı narahatlıqları aradan qaldırmaq üçün işçilərə nəzarət edə bilən proqram təminatından istifadə etməyə üstünlük veriblər.
Xarici KİV xəbər verir ki, amma evdən iş modelində işəgötürənlər və işçilər məhsuldarlıq haqqında fərqli düşünürlər. İşçilər müdirləri tərəfindən daim izlənildiklərini və nəzarət altında qalmaqdan narahat olduqlarını bildiriblər, işəgötürənlər isə evdən işləyənlərin ofisdəkilərdən daha az məhsuldar olduğunu iddia ediblər.
"Kompüter siçanının hərəkətləri ilə səmərəliliyin ölçülməsi günəş saatından saniyəölçən kimi istifadə etmək kimidir", - "Microsoft" şirkətindən Jared Spataro belə proqram təminatının etibarı sarsıda biləcəyini vurğulayıb.
Meksikadakı Avtonom Texnologiya İnstitutundan Xose Maria Barrero deyib ki, evdən işləyənlər ofisə getmədiklərindən vaxt və pula qənaət edə bildikləri üçün özlərini daha məhsuldar hiss edirlər. İşəgötürənlər isə bütün günü işçini müşahidə edə bilmədiklərindən narahatdırlar.

Oxşar xəbərlər