Məhkəmədən Facebook-a qarşı iddia: Şəxsi məlumatlar...
17-03-2023, 14:35
670

Məhkəmədən Facebook-a qarşı iddia: Şəxsi məlumatlar...

"Facebook”, "Instagram”, "WhatsApp” və "Messenger” kimi platformalara rəhbərlik edən Meta Hollandiyada gözlənilməz bir iddia ilə üzləşib.

Hollandiya məhkəməsi "Facebook”, "Instagram”, "WhatsApp” və "Messenger” kimi platformaların yer aldığı Meta-ya qarşı qərar verib.

Hollandiya məhkəməsi Meta-nın rəhbərliyi altında "Facebook”un 2010-2020-ci illər arasında Hollandiya vətəndaşlarının şəxsi məlumatlarından qeyri-düzgün istifadə edərək qanunu pozduğuna qərar verib.

Məhkəmədən verilən açıqlamada "İcazə verilməsə də, şəxsi məlumatlar işlənib və reklam məqsədilə istifadə edilib. Heç bir hüquqi əsası olmasa da və xəbərdarlıq edilmədən "Facebook” istifadəçilərinin şəxsi məlumatları üçüncü tərəf istifadəçiləri ilə paylaşılıb”, - deyə bildirilib.

Oxşar xəbərlər