Məktəbli özünü güllələdi
17-03-2023, 15:31
814

Məktəbli özünü güllələdi

Orenburq vilayətində məktəbli silahla ehtiyatsız davranması nəticəsində xəstəxanaya yerləşdirilib. 
Xarici media xəbərinə görə, o, ehtiyatsızlıqdan pnevmatik tüfənglə özünə atəş açıb.
Polisdən bildirilib ki, oğlan evinin həyətində atəş açaraq məşq etmək istəyib. Yenidən doldurarkən tüfəngi qarnına dirəyib və təsadüfən atəş açıb. Uşaq xəsarətlə xəstəxanaya çatdırılıb.
Polis hadisənin başvermə şəraitini araşdırır. Yoxlama zamanı şəxsi heyət xəsarət alan şagirdin valideynlərinin hərəkətlərinə də hüquqi qiymət verəcək.

Oxşar xəbərlər