ABŞ hərbçilərinin intiharları Pentaqonu çaşdırıb
17-03-2023, 18:54
6 820

ABŞ hərbçilərinin intiharları Pentaqonu çaşdırıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin amerikalı hərbçilər arasında intiharların sayının çox olmasından narahatlığını bildirib və Pentaqonun əsgərlərə psixoloji dəstəyin keyfiyyətini yaxşılaşdırmaqda israr edib. 
Xarici media xəbərinə görə, bu barədə idarənin saytında bildirilir.
“Biz öz sıralarımızda intiharların sayını azaltmaq üçün səylərimizi əsirgəməməliyik. İntihar nəticəsində hətta bir nəfərin də itkisi artıq həddən artıq çoxdur”, - Pentaqon rəhbəri deyib.
Nazirlik hazırkı hərbi qulluqçular arasında intihar hallarının artması ilə bağlı çaşqınlıq yaranıb. 2022-ci ilin oktyabrında Pentaqon intihar nisbətlərinin 2011-ci ildən bəri əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Belə ki, 2021-ci ildə 519 amerikalı hərbçi intihar edib. Lakin 2011-ci il üçün məlumat verilmədiyindən intiharların sayının nə qədər artdığı məlum deyil.

Oxşar xəbərlər