Daha bir ölkədə məmurlara “TikTok” qadağası
18-03-2023, 10:31
387

Daha bir ölkədə məmurlara “TikTok” qadağası

Yeni Zelandiya Parlamenti öz deputatlarına xidməti mobil telefonlarda “TikTok”dan istifadə etməyə qadağa qoyub.
Bildirilib ki, martın 31-dən bu tətbiq deputatların telefonlarında əlçatan olmayacaq.
“Biz millət vəkillərinə və işçilərə “TikTok”un bütün xidməti cihazlardan silinəcəyini bildirdik”, - deyə parlament aparatının rəhbəri Rafael Qonzales-Montero bildirib.
O qeyd edib ki, parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir.
Qonzalez-Montero əlavə edib ki, yalnız peşə vəzifələrini yerinə yetirmək üçün bu tətbiqə ehtiyacı olanlar üçün istisnalar ediləcək.
Qeyd edək ki, ABŞ-də, KanadadaBelçikadaBritaniyadaDanimarkada da məmurların xidməti telefonlarında “TikTok”dan istifadə qadağan edilib. Bundan başqa Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə təhlükəsizlik səbəbi ilə şəxsi və korporativ telefonlarında bu tətbiqi yasaqlayıb. Aİ-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Mənbə: Gazeta.ru

Oxşar xəbərlər