Türkiyədə növbəti təşviş yaradan hadisə: İldırım, şimşək, külək və dolu...
18-03-2023, 10:45
651

Türkiyədə növbəti təşviş yaradan hadisə: İldırım, şimşək, külək və dolu...

Zələzələdən sonra sel fəlakəti ilə də qarşı-qarşıya qalan Türkiyədə növbəti təbiət hadisəsi təşvişə səbəb olub.
Yeraltı təkanların episentrinə yaxın bölgədə yerləşən Qaziantep və Kilisdə müşahidə edilən ildırım və şimşək əhali arasında qorxu yaradıb.
Bundan əlavə, bölgədə yağan yağışın köpüklü olması da diqqət çəkib. Daha sonra isə əraziyə iri çapda dolu düşüb.
“Super hüceyrə” adlandırılan təbiət hadisəsi atmosferin üst qatlarında hava axımlarının tez-tez yön dəyişdirməsi ilə yaranır. Bu hadisə uyğun vəziyyətlərdə dünyanın hər yerində müşahidə oluna bilər.
“Super hüceyrə” təbiət hadisəsi zamanı güclü külək və bol miqdarda dolu yağışı müşahidə olunur.

 

Mənbə: aykırı.com

Oxşar xəbərlər