Seldə boğulan əlini uzatdı, kömək etməyib şəklini çəkdilər
18-03-2023, 10:53
690

Seldə boğulan əlini uzatdı, kömək etməyib şəklini çəkdilər

Türkiyə zəlzələnin vurduğu yaraları sarımağa çalışarkən Şanlıurfada güclü yağış səbəbilə yaranmış sel fəlakəti yeni itkilərə səbəb olub. Sel fəlakəti görüntüləri sosial şəbəkələrdə böyük maraqla izlənilir.
Selə düşüb ölüm təhlükəsi ilə üzləşən 63 yaşlı Reşat Ayva xəstəxanda jurnalistlərə açıqlama verərkən selin vurduğu ziyandan çox insanların düşdüyü son vəziyyətə üzüldüyünü bildirib. 
“Mance çayına yıxıldım, sel məni 52 kilometr sürüklədi. Sahildə adamlar vardı, əlimi uzatdım ki, məni xilas etsinlər. Əllərini uzatsalar, çatardı. Amma əl uzatmaq əvəzinə telefonla foto və video çəkməyə başladılar. Bəs insanlıq harda qaldı?”, - o, gileylənib.
Fiziki məhdudiyyəti olan Reşat Ayvanın həyatını 4 cavan xilas edib, xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər