Həvəskar arxeoloq qızıl piramida tapdı
18-03-2023, 11:03
891

Həvəskar arxeoloq qızıl piramida tapdı

Britaniyanın Suffolk qraflığında yaşayan 37 yaşlı həvəskar arxeoloqun bəxti gətirib.
Ötən il metal detektoru alan kişi lap ruhdan düşmüşdü. O, qiymətli metal axtarsa da, yerdən elə hey alüminium içki qabları çıxırdı. Bir neçə gün əvvəl isə onun bəxti gətirib. 
Köhnə qalanın ətrafında axtarış zamanı birdən detektor aramsız olaraq siqnal verir. Həvəsdən düşmdüş kişi yeri qadıqda gözlərinə inanmır. Onun qarşısında piramida şəkilli qızıl əşya dayanmışdı. 
Bu həm də adi qızıl əşya deyildi. Onu qılınc bəzəməkdə istifadə edirdilər. 
İlkin dəyərləndirməyə görə, tapıntının qiyməti 20 000 funt sterlinqdir (40 000 AZN-dan yuxarı). 
 
Həvəskar arxeoloq qızıl piramida tapdı-FOTO

Oxşar xəbərlər