Dünyanın ən “qonaqsevməz” ölkələri məlum oldu
18-03-2023, 11:11
1 109

Dünyanın ən “qonaqsevməz” ölkələri məlum oldu

2023-cü ildə ən “qonaqsevməz”  ölkələr Şimali Koreya, Türkmənistan və Əfqanıstan olub.
Bu barədə Passport Index yazır. 
Reytinq tərtib edilərkən vətəndaşlarının bu dövlətlərə vizasız daxil ola biləcəyi ölkələrin sayı nəzərə alınıb. Belə ki, dünyanın heç bir başqa ölkəsinin heç bir sakini xüsusi icazə olmadan KXDR, Türkmənistan və Əfqanıstana daxil ola bilməz. 
Butan və Liviyaya yalnız üç dövlətdən olan əcnəbilər vizasız gələ bilər. 
Siyahıda Eritreya, Ekvatorial Qvineya, Əlcəzair, Sudan, Kamerun, Myanma, Yəmən, Suriya, Liberiya, Nauru, Konqo və Çad da yer alır.

Oxşar xəbərlər