" ABŞ-lı istifadəçilərin məlumatları Çin hökuməti ilə paylaşılmayıb" - “Tik-Tok” rəsmisi
22-03-2023, 10:56
886

" ABŞ-lı istifadəçilərin məlumatları Çin hökuməti ilə paylaşılmayıb" - “Tik-Tok” rəsmisi

"150 milyondan çox amerikalı istifadəçisi olan Çinə məxsus sosial şəbəkə – “Tik-Tok” ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və paylaşmayacaq".
Xarici mətbuat xəbər verir ki, bunu “Tik-Tok” sosial şəbəkəsinin baş icraçı direktoru Shou Zi Chew deyib.
“Tik-Tok” heç vaxt ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və ya paylaşmaq üçün sorğu almayıb. Əgər belə bir tələb olsaydı belə, bu, yerinə yetirilməzdi”, - deyə o bildirib.
Shou Zi Chew əlavə edib ki, “Tik-Tok”un sahibi “ByteDance” şirkəti heç bir hökumətə və ya dövlət qurumuna məxsus deyil: “Birmənalı şəkildə qeyd edirəm ki, “ByteDance” Çinin və ya başqa bir ölkənin agenti deyil”.

Oxşar xəbərlər