Dünya
22-03-2023, 11:09
859
Kilsədə “hacı pivəsi” hazırlandı – TOZ HALINDA
Almaniyanın məşhur Noysel abbatlığı yeni pivə hazırlayıb.
Yeni pivə tərkib etibarı ilə klassik pivədən fərqlənmir. Onun yeganə fərqi toz şəklində olmasıdır.
Pivəni hazırlayanların iddiasına görə, bu yolla istehsal zamanı yaranan istixana qazlarını 5% azaltmaq mümkündür. Ən əsası isə, uzaq ölkələrə daşınma xərcləri 10-20 dəfə azala bilər.
Tozdan pivənin hazırlanması da asandır. 1 qaşıq toz 1 stəkan suya əlavə edilib qarışdırılır. 1 dəqiqə sonra pivə hazırdır.
Abbatlıq hələlik alkoqolsuz pivənin toz formasını hazırlaya bilib. Yaxın gələcəkdə ənənəvi pivənin də bu variantı ərsəyə gətiriləcək.