Məşhur TV kanalından işçilərinə "TikTok" qadağası
22-03-2023, 11:24
848

Məşhur TV kanalından işçilərinə "TikTok" qadağası

Britaniya Yayım Korporasiyası BBC əməkdaşlarına məxfi məlumatları qorumaq üçün Çin sosial şəbəkə tətbiqi "TikTok"u iş telefonlarından silməyi tövsiyə edib.
TASS verdiyi məlumata görə, bu barədə bazar ertəsi korporasiya martın 19-da işçi heyətinə göndərdiyi bildiriş dərc edərək bildirib.
“Bu qərar bütün dünya üzrə dövlət qurumlarının məxfilik və təhlükəsizliklə bağlı qaldırdığı narahatlıqlara əsaslanır", - bildirişdə deyilir:
“Əgər sizin BBC şirkətinə məxsus cihazınız varsa və iş üçün "TikTok"a ehtiyacınız yoxdursa, TikTok korporativ BBC cihazlarından silinməlidir. "

Oxşar xəbərlər