Rusiya polisinin Xersondakı tağım komandirinin avtomobili partladıldı
22-03-2023, 13:17
1 099

Rusiya polisinin Xersondakı tağım komandirinin avtomobili partladıldı

Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində ruslar təyin etdiyi polisin “patrul xidməti”nin tağım komandirinin avtomobili partladılıb.
Xarici media məlumatına görə, Rusiya təhlükəsizlik rəsmiləri iddia edirlər ki, martın 17-də naməlum şəxs taqım komandirinin idarə etdiyi VAZ-2121 markalı avtomobilin sol qanadının altına xüsusi qurğu yerləşdirib.
Daha sonra kişi ailəsi ilə birlikdə Xerson vilayətinin Aleşkovski rayonunun Yubileynı kəndindən keçərkən partlayış baş verib. Polis hadisə yerində ölüb, həyat yoldaşı və qızı isə yaralanıb.

Oxşar xəbərlər