Məşhur müğənni suda boğularaq öldü
22-03-2023, 18:47
6 534

Məşhur müğənni suda boğularaq öldü

Rusiyanın "Cream Soda" qrupunun yaradıcısı və solisti Dmitri Svirqunov Volqa çayında boğularaq ölüb.
Rusiya mətbuatı xəbərinə görə, müğənni çayda kiçik qardaşı və dostu ilə birlikdə boğulub.
İfaçının cəsədi Yaroslavl vilayətində Volqa çayından tapılıb. Onun kiçik qardaşı, 25 yaşlı Roman Svirqunov və dostu, 28 yaşlı Georgi Kiselyovun axtarışları davam etdirilir.

Oxşar xəbərlər