"Moldovada rəsmi dil rumın dilidir" - Sandu
23-03-2023, 10:23
655

"Moldovada rəsmi dil rumın dilidir" - Sandu

Moldova prezidenti Maya Sandu milli qanunvericilikdə dövlət dilinin “rumın dili” adının müəyyən edilməsini nəzərdə tutan qanunu imzalayıb.
Bu barədə o, "Facebook" səhifəsində məlumat yayıb.
"Bu qanun tarixi həqiqəti təsdiqləyir: Moldovada dövlət dili rumın dilidir", - Sandu bildirib.
O xatırladıb ki, rumın dili Aİ-nin rəsmi dillərindən biridir.

Oxşar xəbərlər