
Dünya
23-03-2023, 18:22
6 559
İsraildən buraxılan PUA Suriya ərazisinə düşüb
Suriya Müdafiə Nazirliyinin yerli vaxtla saat 03:55 radələrində İsrail qüvvələrinin Hələb hava limanı ətrafına çoxsaylı raketlərlə hava hücumu təşkil etdiyini bildirməsindən sonra Suriya ərazisinə yeni raket düşüb. İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, adi əməliyyat zamanı atılan pilotsuz uçuş aparatının (PUA) Suriya ərazisinə düşdüyü qeyd edilib. Qəzanın səbəbini açıqlamayan İDF PUA-nın modeli və markası barədə məlumat verməyib. İDF qəza ilə bağlı araşdırmalara başlayıb.