Porsuqlara görə qatar yolu bağlandı
24-03-2023, 12:09
2 098

Porsuqlara görə qatar yolu bağlandı

Niderlandın cənubunda dəmir yollarında hərəkət yollarının altında özlərinə yuva qazmış porsuqlara görə dayanıb.
Xarici media xəbər verir ki, bu barədə ölkənin dəmir yolları xətlərinə nəzarət edən "ProRail" şirkəti məlumat yayıb.
Den-Boş və Bokstel şəhərləri arasında hərəkət edən qatarların hərəkəti martın 21-dən etibarən dayanıb. Porsuqlar dəmir yolunun keçdiyi böyük bəndin altındakı torpaqda çoxlu sayda çuxurlar qazıblar.
Dəmir yolu xəttinin ən az 1 həftə işini dayandıracağı bildirilib. Təmirə başlamazdan öncə şirkət Su Təsərrüfatı Nazirliyindən porsuqların köçürülməsinə dair icazə almalıdır.
Bu ölkədə porsuqların qorunması xüsusi nəzarət altındadır.

Oxşar xəbərlər