Rusiyada plastik məmulatların istehsalı sexində güclü yanğın olub
24-03-2023, 12:30
2 187

Rusiyada plastik məmulatların istehsalı sexində güclü yanğın olub

Rusiyanın Sverdlovsk vilayətinin Aramil şəhərində plastik məmulatların istehsalı sexində güclü yanğın baş verib.
Sverdlovsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 3 000 kv.m sahəni əhatə edib.
Yanğınsöndürənlər gələnə qədər binadan 110 nəfər təxliyə edilib.
Zərərçəkənlər barədə məlumat verilmir.

Mənbə: Vesti.ru

Oxşar xəbərlər