Dünya
1-12-2020, 15:37
206
Paşinyanın partiyasına Ermənistanda qadağa qoyulur
Ermənistanda Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının fəaliyyətinə qadağa qoyulması təklif edilir.
Bakıtv.az eməni mediasına istinadən xəbər verir ki, bu təkliflə “Respublika” partiyası sədrinin birinci müavini Armen Aşotyan çıxış edib.
“Müharibə ilə bağlı hərtərəfli araşdırma aparıldığı müddətdə bu pariyanın icraedici və qanunverici orqanlarındakı nümayəndələri vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Çoxları görür ki, münaqişənin alovlanması və biabırçı sonluqla bitməsi barədə pərdəarxası sövdələşmələrin olmasına dair informasiyalar və təhlillər var. Hüquqi baxımdan dövlətə xəyanət olubmu, yoxsa bu, sui-qəsd kimi qiymətləndirilə biləcək gerizəkalıq və satqınlıqdı? Hakimiyyət dəyişikliyindən dərhal sonra yaradılacaq istintaq komissiyasında buna aydınlıq gətirilməlidir”, - deyə Aşotyan vurğulayıb.