İstanbulda ağır qəza - 6 ölü, 3 yaralı
27-03-2023, 18:15
6 950

İstanbulda ağır qəza - 6 ölü, 3 yaralı

Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, qəza şəhərin Silivri rayonunda qeydə alınıb. Yük avtomobilinin iki minik avtomobili ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. 
İlkin ehtimala görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər