Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama
1-12-2020, 18:10
206

Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama

“Dağlıq Qarabağdakı Laçın bölgəsi Azərbaycana təhvil verildi və Laçın dəhlizi Rusiya sülhməramlıları tərəfindən idarə olunur”.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.
“1 dekabrda Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq, Dağlıq Qarabağın Laçın bölgəsi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Azərbaycan tərəfinə verildi”, - deyə o qeyd  edib.
 

Oxşar xəbərlər