Tıxaclar sağlamlığımızı necə baltalayır?
29-03-2023, 15:54
6 954

Tıxaclar sağlamlığımızı necə baltalayır?

Nəqliyyat vasitələrinin yaratdığı tıxaclar və həmin zaman ərzindəki səslər yollara yaxın məsafələrdə yaşayanlarda, sürücülərdə qan təzyiqinin artmasına səbəb olur.
Xarici KİV bildirir ki, İngiltərədəki Leicester Universitetinin tədqiqatçıları səs-küylü yol hərəkəti ilə hipertenziya riskinin artması arasında bir başa əlaqə olduğu fikrinə gəliblər.
Tədqiqatçılar arterial hipertenziyadan əziyyət çəkməyən 40-69 yaş arası 240 mindən çox insanın məlumatlarını təhlil ediblər. Məlum olub ki, yol hərəkəti səs-küyünə məruz qalanlar hipertenziya xəstəliyinə düçar olma riski ilə üz-üzə gələ bilərlər və bu risk bu risk “səs-küyün” nisbətinə görə daha da arta bilər.
Leicester Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzindən Samuel Y Cai bildirdi ki, 8 illik izləmə müddətinə əsaslanan elmi araşdırma, uzunmüddətli trafik səs-küyünün hipertenziyaya təsirini birbaşa aşkar edən ilk araşdırma hesab edilir.

Oxşar xəbərlər