"Buçadakı vəhşiliklər Putinin müharibəsinin nə olduğunu göstərdi" - Şolts
31-03-2023, 16:35
7 071

"Buçadakı vəhşiliklər Putinin müharibəsinin nə olduğunu göstərdi" - Şolts

Rusiya prezidenti Vladimir Putin müharibədə qalib gəlməyəcək və Rusiyanın Buçadakı cinayətləri cəzasız qalmayacaq.
Bu barədə Almaniya kansleri Olaf Şolts “Twitter” səhifəsində Buça şəhərinin rus işğalçılarından azad edilməsinin ildönümündə bildirib.
“Bir il əvvəl Buçadakı vəhşiliklər dünyaya Putinin müharibəsinin nə olduğunu göstərdi.Bu cinayətlər cəzasız qalmamalıdır. Ona görə də biz Ukraynanın tərəfindəyik. Rusiya qalib gəlməyəcək”, - Şolts yazıb.

Oxşar xəbərlər