Ərzaq yardımında izdiham yaşandı - 11 nəfər öldü
1-04-2023, 10:45
1 266

Ərzaq yardımında izdiham yaşandı - 11 nəfər öldü

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.
İzdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Məlumata görə, şəhərin Site adlanan bölgəsində yerləşən fabrikin rəhbərliyi işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.
Qida məhsullarının paylanması zamanı təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaşanıb, nəticədə 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər ölüb.

Oxşar xəbərlər