Kanadada çay sahilindən altı nəfərin meyiti tapıldı
1-04-2023, 12:04
8 972

Kanadada çay sahilindən altı nəfərin meyiti tapıldı

Kanada polisi Sent-Lourens çayının sahilindəki bataqlıqda bir uşaq da daxil olmaqla altı nəfərin meyitini tapıb.
Mövcud məlumata görə, itkin düşən şəxslər barədə polisə məlumat verildikdən sonra, meyitlər hava kəşfiyyatı zamanı Sahil Mühafizəsi tərəfindən aşkar edilib.
Ölənlər Kvebek əyalətinə aid ərazidə tapılıblar. Onların kimlikləri müəyyənləşdirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, hadisə ilə bağlı yerli əhali üçün heç bir təhlükə görmürlər.
Mənbə: CBC

Oxşar xəbərlər