Məktəblərə bomba qoyulması xəbərini yayan şəxs saxlanıldı
1-04-2023, 13:23
17 086

Məktəblərə bomba qoyulması xəbərini yayan şəxs saxlanıldı

Bolqarıstan polisi Sofiyada məktəblərin bombalanması ilə bağlı mesajların kütləvi şəkildə yayılmasında şübhəli bilinən şəxsin tutulması ilə nəticələnən xüsusi əməliyyat keçirilib.
Yerli KİV xəbər verir ki, bu barədə bTV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, saxlanılan şəxs şəhərin gimnaziyalarından birinin 17 yaşlı şagirdi olub. Məhz o, dostları ilə birlikdə martın 27-dən 31-dək eyni tipli mesajlar göndərib. Şübhəli şəxs 24 saat saxlanılıb. İş üzrə sübutlar prokurorluğa təqdim edilib.

Oxşar xəbərlər