Norveç tarixində ən böyük narkotik partiyası müsadirə edildi
1-04-2023, 13:26
17 088

Norveç tarixində ən böyük narkotik partiyası müsadirə edildi

Norveçdə polisin keçirdiyi əməliyyat nəticəsində ölkə tarixində ən böyük narkotik partiyası müsadirə olunub.
Norveçin NTB xəbər agentliyi xəbər verir ki, narkotiklər bu həftə Almaniya polisinin Potsdamda keçirdiyi reyd çərçivəsində bir müddət əvvəl 1200 kiloqram narkotik maddə müsadirə edildikdən sonra alınan məlumatlar əsasında müsadirə edilib.
Ümumilikdə, Norveç hüquq-mühafizə orqanları Osloda meyvə qutularında 800 kiloqram narkotik maddə ələ keçirib. Polis Osloda kokainin aşkar edildiyi tarixi və onun haradan gəldiyini açıqlamasa da, keçirilən bu əməliyyat nəticəsində heç kimin həbs olunmadığı məlumdur.
Polis sözçüsü Qreta Lien Metlidin sözlərinə görə, bu, Norveç tarixində ən böyük narkotik müsadirəsidir. O, kokainin Norveç bazarı üçün nəzərdə tutulduğunu və ya Norveçin tranzit məntəqəsi kimi istifadə edildiyini söyləmək üçün hələ tez olduğunu vurğulayıb.

Oxşar xəbərlər