Belarusdan olan qadın evində 3,5 min kukla toplayıb
2-04-2023, 16:34
8 917

Belarusdan olan qadın evində 3,5 min kukla toplayıb

Belarusun Borisov şəhərindən olan Alyona Rovba 20 ildir ki, dünyanın müxtəlif ölkələrindən kukla kolleksiyası toplayır.
“Sputnik Belarus” saytı xəbər verir ki, onun kolleksiyasında hazırda 3500-dən çox kukla var.
Kolleksiyanın ilk yüzlüyü kifayət qədər çətin yığılıb. Sonradan qohumlar, dostlar, tanışların tanışları Alyonanın qeyri-adi hobbisindən xəbər tutaraq, öz çardaq və zirzəmilərində kisələrdə atılıb qalan köhnə kuklaları ona veriblər. Kolleksiyada olan ən qədim kukla tanınmış Kemmer və Raynhard alman fabrikində 1905-1910-cu illərdə istehsal olunub.
Oyuncaqlara bələd olmaqdan ötrü Alyona eksponatların uçotunu aparır. Onun arzusu Borisovda şəxsi kukla muzeyini açmaqdır. O əmindir ki, obyekt turistlərin cəlb edilməsində mərkəz rolunu oynaya bilər.
  • Belarusdan olan qadın evində 3,5 min kukla toplayıb

Oxşar xəbərlər