Türkiyənin şimalından cənubuna doğru tək başına “dəstək qaçışı”
2-04-2023, 18:40
8 943

Türkiyənin şimalından cənubuna doğru tək başına “dəstək qaçışı”

İzmirdən olan 43 yaşlı Rza Martaş Türkiyədəki zəlzələdən sonra həyatını itirən vətəndaşların doğmalarına dəstək olmaq məqsədi ilə qaçış marafonuna başlayıb.
Belə ki, o, Türkiyənin ən şimal nöqtəsində yerləşən Sinop şəhərindən cənubda Hatay şəhərinə doğru “dəstək qaçışı”na başlayıb.
Rza Martaş bildirib ki, məqsədi insanların diqqətini zəlzələdən zərər çəkmiş şəxslərin qayğılarına yönəltmək, həmçinin onlar üçün ianə toplamaqdır.



Mənbə: DHA

Oxşar xəbərlər