“Zooparkda doğulmuşam, tək dostum heyvanlar olub“
3-04-2023, 18:55
6 129

“Zooparkda doğulmuşam, tək dostum heyvanlar olub“

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. 
Axşam.az xəbər verir ki, sənətçi uşaqlıq xatirələrini bölüşüb. O bildirib ki, uşaqlıqda bütün günü zooparkda keçib:
"Zooparkda doğulub böyümüşəm. 6 yaşıma qədər nə insanlarla ünsiyyətim, nə dostum, nə də bağçam olub. Zooparkımız 2 həftədən bir şəhərdən şəhərə köçdüyündən vaqonlarda yaşayırdıq, tək dostlarım heyvanlar idi. Ona görə də məni heç kim başa düşmür, mən də canlı məxluqların kağıza necə dəyişdirilə biləcəyini anlamıram". 
Qeyd edək ki, daha əvvəl müsahibələrinin birində populyarlıqdan əvvəlki həyatından danışan Nəvai gündüzlər traktor sürücüsü, gecələr isə taksi sürücüsü işlədiyini demişdi. 



Oxşar xəbərlər