Yaşlı insanlarda südün vacib rolu
4-04-2023, 11:27
833

Yaşlı insanlarda südün vacib rolu

Süd zülal və kalsium mənbəyi olduğu üçün yaşlı insanların qida rasionunda mühüm məhsul sayılır.
Bu barədə "İzvestiya" qəzetinə müsahibəsində dietoloq Elena Solomatin deyib.
Mütəxəssis qeyd edib ki, südün tərkibində A, E, D və B qrupu vitaminləri də var.
Solomatinanın sözlərinə görə, məhsul sümük toxumasına, immun və ürək-damar sistemlərinə, enerjiyə təsir göstərir. Bundan əlavə, toran görmə, idrak qabiliyyətləri və yaddaşı yaxşılaşdırır.
Bununla yanaşı, dietoloq qeyd edib ki, süd bəzi insanlarda allergiyaya və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Oxşar xəbərlər