Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
4-04-2023, 11:47
842

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 175 690 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 627 tank, 6 999 zirehli maşın, 2 697 artilleriya sistemi, 528 reaktiv yaylım atəşi sistemi, 280 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 2 277 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 562 avtomobil texnikası və avtosistern, 298 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər