Usta zirzəmidə faciəvi şəkildə öldü
4-04-2023, 13:48
1 241

Usta zirzəmidə faciəvi şəkildə öldü

Rusiyanın Nijnekamsk şəhərində usta faciəvi şəkildə ölüb.
Yerli media bildirir ki, hadisə ötən gün Vaxitov prospektində evlərdən birində baş verib. Həmin evin zirzəmisində isti su xətti deşilib və ustalar onu bərpa etməyə düşüblər.
Ancaq bədbəxtlikdən onlardan biri qaynar suda yanaraq ölüb. 43 yaşlı kişinin meyitini xilasedicilər çıxarıb.
Hadisənin baş vermə şəraiti müəyyən edilir.

Oxşar xəbərlər