Keçmiş sevgilisinin evinə gəlib "Molotov kokteyli" atdı
4-04-2023, 15:45
6 590

Keçmiş sevgilisinin evinə gəlib "Molotov kokteyli" atdı

İzmirin Bayraklı rayonunda sərxoş kişi keçmiş sevgilisinin yaşadığı evə gələrək “Molotov kokteyli” atıb.
Yerli media bildirir ki, hadisə saat 3:30-da Bayraklı məhəlləsi, Çay Mahalle 2129 küçəsində yerləşən binada baş verib. İddialara görə, 42 yaşlı K.G. keçmiş sevgilisi A.A-nın yaşadığı binanın qarşısına gələrək qışqırmağa başlayıb və özü ilə gətirdiyi 2 ədəd “Molotov”u binaya ataraq qaçıb.
“Molotov”lardan biri yanmadan binanın bağçasına düşərkən, digəri A.A.-nın pəncərəsinin yanındakı divara dəyib. Yanğının baş verdiyini görən məhəllə sakinləri 112 Təcili Zəng Mərkəzinə məlumat verdikdən sonra hadisəyə müdaxilə edərək binanın divarında baş verən kiçik miqyaslı yanğını söndürüblər.
K.G saxlanılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər