Dünya
2-12-2020, 13:48
194
Parlament sədrinin döyülməsi haqda sensasion iddia
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın döyülməsilə bağlı sensasion məlumat yayılıb.
Erməni mediasının yaydığı məlumatda spikerin döyülməsinin təşkil edildiyi barədə iddia yer alıb.
“Hrapark” qəzeti yazır ki, Ararat Mirzoyan döyülərkən parlamentin mühafizəçiləri avtomobildə kilidlənibmiş. Onlar avtomobildən çıxmağa çalışsalar da, mümkün olmayıb. “Onlar hücum edənlərə müqavimət göstərməyə çalışıblar, vaxt qazanaraq rəhbərliyə Milli Təhlükəsizlik Xidmətinin nəzdində olan Dövlət Mühafizə Xidmətinə yardım üçün müraciət ediblər. Lakin Dövlət Mühafizə xidmətinin rəisi Sarkis Ovannisyan hadisə yerində görünməyib. Yəni, onların müraciətinə heç kim cavab verməyib”, - qəzet yazır.
Məlumatda bildirilir ki, olaydan sonra Milli Təhlükəsizlik Xidmətində daxili araşdırmalar başlayıb: “Orada hesab edirlər ki, insidentlə bağlı bütün detallar aydın deyil”.
Qəzet araşdırmalarla bağlı Milli Təhlükəsizlik Xidmətinə müraciət etsə də, qurumdan “tələb olunan məlumatlar dövlət sirri hesab edildiyindən təqdim edilə bilməz” cavabını alıb.