Britaniyalı nazir sürət həddini pozdu: 6 aylıq qadağa
5-04-2023, 21:32
9 309

Britaniyalı nazir sürət həddini pozdu: 6 aylıq qadağa

İngiltərədə İmmiqrasiya üzrə Dövlət Katibi Robert Cenrik sürət həddini aşdığı iddiası ilə açılan məhkəmə iddiası nəticəsində 6 ay müddətinə nəqliyyat vastəsi idarə etmək qadağan edilərək 1639 sterlinq (təxminən 3457 AZN) cərimə olunub.
Yerli mətbuatda yayılan xəbərlərə görə, Cenrik ötən ilin avqustunda Londonu ölkənin şimalındakı Lids şəhəri ilə birləşdirən M1 avtomobil yolunda sürət həddini 40 mil (təxminən 65 kilometr) pozub.
Qeyd edək ki, Cenrik, həmçinin 2021-ci ildə nəqliyyat vasitəsini sürətli idarə etdiyinə görə 307 funt sterlinq (təxminən 648 AZN) və 3 bal cərimələnib.

Oxşar xəbərlər