Dünya
5-04-2023, 10:35
478
Rusiyalı Ombudsmanın BMT-də çıxışına icazə verilmədi
Britaniya Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxışına mane olub.
Bu barədə Britaniyanın BMT-dəki nümayəndəliyinin "Twitter" səhifəsində məlumat verilib.
Rusiya ukraynalı uşaqların qondarma "evakuasiyası" ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırıb. Moskva iclasa Mariya Lvova-Belovanı dəvət edib. Lakin Britaniya Rusiya Ombudsmanı ilə görüşün yayımını əngəlləyib.
"Ona dezinformasiya yaymaq üçün BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəsə, Haaqada bunu edə bilər", - britaniyalı diplomatlar vurğulayıblar.