Donald Tramp həbs ediləcəkmi?
5-04-2023, 11:09
843

Donald Tramp həbs ediləcəkmi?

ABŞ-ın 45-ci prezidenti Donald Trampın dünən hakim qarşısına çıxması və ondan sonra verdiyi açıqlamalar beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.
O, ABŞ-da impiçment elan edilən ilk eks-prezident kimi tarixə düşüb. 
Belə ki, 76 yaşlı Tramp 2016-cı il prezident seçkiləri kampaniyası zamanı porno aktrisa Stormi Danielsə aralarındakı münasibətlərini gizlətmək üçün seçki fondundan 130 min dollar ödəyib. Bu ittihamla Nyu-Yorkda hakim qarşısına çıxan Tramp iddiaları təkzib edib.
Həmçinin, Donald Trampın prezidentliyi dövründə bəzi sənədləri saxtalaşdırdığı ortaya çıxıb. 34 iddianı da rədd edən Tramp bunun siyası proses olduğunu açıqlayıb. Əgər Tramp bu ittihamlarda təqsirli bilinərsə, onun 4 ilə qədər həbs cəzası gözləyir. 
İttiham tərəfi 15 gün ərzində bütün sübut və sənədləri toplamalı və Trampın müdafiə komandasına verməlidir. Buraya münsiflər heyətinin iclasının səs yazıları, şahidlərin sübutları, məhkəmə sənədləri, təhlükəsizlik qüvvələrinin dindirmələri, telefon və səs yazıları daxildir.
Trampın vəkilləri bu məhkəmə prosesi böyük münsiflər heyətinə çatana qədər prosesi başa çatdırmaq istədiklərini açıqlayıblar. Ümumiyyətlə, müdafiə tərəfinin bu işi bitirmək üçün 45 günü var. Növbəti məhkəmə prosesi dekabrın 4-nə təyin edilib. Prokurorluq prosesin 2024-cü ilin yanvarında başlamasını istədiklərini bildirsə də, Trampın hüquqşünaslar ordusu bu tarixi “bir az aqressiv” gördüklərini açıqlayıb və məhkəmə prosesinin gələn ilin yazında başlamasını təklif ediblər.
Nəzəri olaraq Nyu-Yorkda prokurorlar “sürətli dinləmə” keçirərək 6 ay ərzində məhkəmə prosesini başlada bilərlər, amma praktikada bu prosesin daha uzun sürəcəyi gözlənilir. Mütəxəssislər Trampın məhkəməyə gəlməsinin bir ildən çox vaxt aparacağını gözləyirlər, çünki çox güman ki, Tramp prosesi təxirə salmaq üçün çoxsaylı ərizələr verəcək.
Lakin Trampın günahı sübuta yetirilsə belə, o, həbsxanaya düşməyə bilər. Əgər şəxsin təmiz keçmişi varsa və cinayəti zorakılıq təşkil etmirsə, cəza da yüngülləşdirilə bilər. Mar-a-Laqoda tərəfdarlarına müraciət edən Tramp məhkəmə prosesini tənqid edib. Trampın uşaqları Don Jr., Erik və Tiffany həyat yoldaşları ilə birlikdə tədbirə qatılıb, amma Trampın həyat yoldaşı Melaniya və qızı İvanka isə iştirak etməyiblər.
2024-cü ildə keçiriləcək seçkilərdə respublikaçılar adından yenidən namizəd olmağı planlaşdıran Trampın qarşısında heç bir maneə yoxdur. Çünki qanunla məhkum olunmuş və ya həbs edilmiş şəxslərin prezidentlik yarışına qatılmasının qarşısını alan heç bir maddə yoxdur.
Məhkəməyə gəlməyin və ya həbs cəzasına məhkum edilmənin prezidentliyə namizədin kampaniyasına necə təsir edəcəyi hələ məlum olmasa da, Tramp indiyə qədər bunu nəzərdən keçirib. Respublikaçıların namizədi olmaq üçün mübarizə aparan Tramp keçən həftə siyasi donorlardan 8 milyon dollar toplaya bilib.
Tramp həm də saxta kriminal fotoşəkilləri olan köynəkləri sataraq pul qazanıb.Əslində, bu cür cinayətlər üçün məhdudiyyət müddəti 2 ilə 5 il arasında dəyişsə də, Nyu-York qanunlarına görə Trampın ittiham olunması normaldır. Çünki Nyu-York qanunlarına görə, təqsirləndirilən şəxs daimi olaraq ştatdan kənarda yaşayırsa, məhkəmə prosesi başlana bilər.

Oxşar xəbərlər