Ekranlı qulaqlıqlar istehsal edildi
5-04-2023, 11:46
954

Ekranlı qulaqlıqlar istehsal edildi

“Apple” şirkəti yeniliklər etməyə davam edir. 
Xarici mətbuat xəbər verir ki, şirkət bu dəfə “AirPod”ları displeyli olaraq istehsal edəcək. 
Belə ki, qulaqlıqlar sensor ekranla patentləşdirilib. 
Məlumata görə, istifadəçi displeydən istifadə edərək hansı mahnının ifa olunduğunu görə biləcək. Həmçinin, cihazın sahibi trekləri dəyişmək, musiqini dayandırmaq və səs səviyyəsini tənzimləmək imkanı əldə edəcək. Yəni artıq mahnını dəyişmək və səsi azaldıb çoxaltmaq üçün telefonu çıxarmağa ehtiyac qalmayacaq. 


Oxşar xəbərlər