Dünyanın ən gənc milyarderləri
5-04-2023, 11:51
950

Dünyanın ən gənc milyarderləri

Amerikanın biznes jurnalı "Forbes" dünyanın ən gənc milyarderlərini açıqlayıb.
Dünyada  30 və daha aşağı yaşda olan 15 üzvünün ümumi sərvəti 64 milyard dollardır.
Həmin şəxsləri  təqdim edirik:  

Ben Francis
Ben Francis kollec tələbəsi olub. 2012-ci ildə 19 yaşında idman geyimləri istehsalçısı "Gymshark"ı qurmazdan əvvəl pul qazanmaq üçün kuryer işləyib. O, brendinin ilk dizaynlarını ailəsinin Birmingemdəki evinin qarajında hazırlayıb. Frencis 2020-ci ildə şirkətin 21 faizini özəl kapital firması"General Atlantic"ə 300 milyon dollara satıb. "Gymshark" 2021-ci ildə satışdan 500 milyon dollar qazanıb. Gənc milyarder hələ də şirkətin 70 faizinə sahibdir. Onun ümumi sərvəti 1,2 milyard dollardır.  

Palmer Luckey 
30 yaşlı Palmer Luckey virtual reallıq tətbiqi VR-nin yaradıcısı "Oculus"u qurub. 2014-cü ildə onu "Facebook"a 2 milyard dollara satıb və bundan sonra silah istehsalına başlayıb. Ukraynada quru sistemlərinə sahib olan və Müdafiə Nazirliyi üçün pilotsuz təyyarələr və müşahidə məhsulları istehsal etməyi hədəfləyən müdafiə texnologiyası startapı Anduril dekabrda 8,5 milyard dollar dəyərində 1,5 milyard dollar gəlir əldə edib. Onun sərvəti 1,7 milyard dollardır. 

Mark Mateschitz
Oktyabr ayında "Red Bull"un həmtəsisçi atası Ditrix Mateschitzin ölümündən sonra Mark Mateschitz şirkətin 49 faizini öz üzərinə götürüb. 30 yaşlı Markın sərvəti  34,7 milyard dollardır. 

Mıchal Strnad
Yaş:  30
Sərvət:  2 milyard dollar
Şirkət:  Çexoslovakiya Qrupu
Biznes sahəsi:  Silah istehsalçısı

Gustav Magnar
Yaş:  29
Sərvət:  2,7 milyard dollar
Şirkət:  SalMar ASA
Biznes sahəsi: Norveç əsaslı balıqçılıq 

Rayan Breslov
Yaş:  28
Sərvət:  1,1 milyard dollar
Şirkət:  Bolt (Bir kliklə ödəniş texnologiyası şirkəti)
Biznes sahəsi:  Elektron ticarət 

 Leonardo Maria Del Vecchio 
 
Yaş:  27
Sərvət:  3,5 milyard dollar
Şirkət:  Luxottica 
Biznes sahəsi: Dünyanın ən böyük eynək istehsalçısı

Katarına Andresen
Yaş:  27
Sərvət:  1,5 milyard dollar
Şirkət:  Ferd
Biznes sahəsi: Norveçdə yerləşən investisiya şirkəti

Kim Jung-Mın
Yaş:  21
Sərvət:  1,7 milyard dollar
Şirkət:  Nexon
Biznes:  Onlayn oyun
Kim Jung-Min Cənubi Koreyalı onlayn oyun istehsalçısıdır.

Kevin David Lehman 
Yaş:  20
Sərvət:  2,3 milyard dollar
Şirkət:  Alman DM-Drogerie Markt
İş sahəsi:  Əczaçılıq sənayesi
14 yaşında Almaniyanın dm-drogerie markt apteklər şəbəkəsinin 50 faizini atasından miras alıb. Müvəkkil 18 yaşına, milyarder olana qədər şirkəti idarə edib.
 

Oxşar xəbərlər